Bank Of Baku

Mosul uğrunda döyüşlərdə İŞİD liderlərindən biri məhv edilib

Mosul uğrunda döyüşlərdə İŞİD liderlərindən biri məhv edilib
# 11 noyabr 2016 17:18 (UTC +04:00)

İraqın Mosul şəhəri uğrunda gedən döyüşlərdə İŞİD liderlərindən biri məhv edilib.

 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə İraq hərbçiləri bildirib.

 

Şeyx Fariz ləqəbli Mahmud Şükrü ən-Nuaymi noyabrın 8-də Mosulun qərb bölgəsində hava zərbəsi nəticəsində öldürülüb.

 

Məlumata əsasən, Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatında bu günədək 1 200 silahlı məhv edilib. Qeyd edək ki, sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD terror qruplaşmasının nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR