Bank Of Baku

Mosulda İŞİD silahlılarının ətrafa nizamsız atəş açması nəticəsində 15 nəfər ölüb

Mosulda İŞİD silahlılarının ətrafa nizamsız atəş açması nəticəsində 15 nəfər ölüb
# 18 may 2015 20:28 (UTC +04:00)

Bakı-APA. İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının silahlılarının ətrafa nizamsız atəş açması nəticəsində azı 15 nəfər ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular Ər-Ramadi şəhərinin ələ keçirilməsini qeyd edirmişlər.

 

İnsident zamanı dördü uşaq, ikisi qadın olmaqla 8 nəfər xəsarət alıb. Yaralananlar dərman çatışmamazlığından əziyyət çəkən Mosul şəhər xəstəxanasına çatdırılıblar.

 

Qeyd edək ki, ötən gün “İraq-Şam İslam Dövləti” qruplaşması İraqın qərbindəki Əl-Ənbər əyalətinin mərkəzi sayılan Ər-Ramadi şəhərini tamamilə ələ keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR