Bakı-APA. Son bir həftə ərzində Myanmanın mərkəzi hissəsində buddistlərlə müsəlmanların arasında baş vermiş toqquşmalarda 32 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Myanmada dini-etnik toqquşmalara səbəb martın 20-də Meyktila şəhərində müsəlman zərgərlə buddist müştərisi arasında baş vermiş münaqişə olub. İğtişaşlar bir neçə gün ərzində qonşu regionlara və şəhərlərə yayılıb.
Rəsmi məlumatlara görə, iğtişaşlar zamanı 32 nəfər ölüb, 40-dək insan yaralanıb. İğtişaşları təşkil etməkdə ittiham olunan 35 nəfər həbs olunub.