Bakı-APA. Myanmanın cənub hissəsində aprelin 4-də 5,7 bal gücündə zəlzələ qeydə alınıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, ABŞ Geoloji Xidməti məlumat verir ki, yeraltı təkanların episentri paytaxt Neypyidodan cənub qərbdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.