Bakı-APA. NATO Türkiyənin havadan müdafiə sistemini gücləndirmək məqsədi ilə türk ordusuna “Petriot” zenit-raket kompleksləri verəcək.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə qərar Brüsseldə keçirilən NATO dövlətlərinin XİN başçıları sammitində qəbul olunub.
Komplekslər Türkiyənin Suriya ilə sərhədində yerləşdiriləcək.
Bu komplekslərə xidmət etmək üçün Almaniya Türkiyəyə 160 mütəxəssis göndərəcək.