Bank Of Baku

Nazir: "Suriya müxalifəti Əl-Babı, demək olar ki, tam nəzarətə götürüb"

Nazir: "Suriya müxalifəti Əl-Babı, demək olar ki, tam nəzarətə götürüb"
# 23 fevral 2017 20:11 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinin dəstək verdiyi Suriya silahlı müxalifəti Əl-Bab şəhərini, demək olar ki, tam nəzarətə götürüb.     

 

APA-nın TRT telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin müdafiə naziri Fikri Işık bildirib.  

 

“Əl-Babın mərkəzinə daxil olmuşuq. Demək olar ki, bütün şəhər nəzarətə götürülüb”, - deyə nazir bildirib.

 

Qeyd edək ki, Türkiyə ordusu Suriya silahlı müxalifətinin iştirakı ilə avqustun 24-dən şimalında İŞİD silahlı qüvvələrinə qarşı “Fərat qalxanı” əməliyyatı keçirir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR