Bakı-APA. Nepalın baş naziri Suşil Koirala aprelin 25-də ölkədə 7,9 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin xatirəsinə matəm elan edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə o xalqa telemüraciətində bildirib.
“Dağıdıcı zəlzələdə ölən bizim nepallı və xarici qardaşlarımız və bacılarımız, qocalarımız və uşaqlarımızın xatirəsinə biz bu gündən etibarən ölkədə üçgünlük milli matəm elan etməyi qərara aldıq”, deyə baş nazir qeyd edib.