Bakı. Fərid Mirzəyev – APA. Bu gün Nepalda baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 876 nəfərə çatıb.
APA-nın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib.
Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub.