Bank Of Baku

Novruz bayramı tətillərində İrandan Ermənistana turist axını 43% azalıb

Novruz bayramı tətillərində İrandan Ermənistana turist axını 43% azalıb
# 29 mart 2013 10:30 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İrandan Ermənistana turist axını 43% azalıb. APA-nın “Arannews”a istinadən məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin Nəqliyyat və Terminallar İdarəsinin müdir müavini Əyyub Nəcəfi bildirib.

 

Onun sözlərinə görə, Novruz Bayramı tətili (15-24 mart) zamanı İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana 7151 nəfər keçib: “Bu rəqəm isə ötən ilin eyni dövrü ilə müqayisədə 43% azdır”.

 

Ə.Nəcəfi həmçinin deyib ki, 15-24 mart tarixləri arasında İran və Azərbaycan arasındakı Culfa sərhəd-keçid məntəqəsindən 34 723 nəfər keçib: “Onlardan yalnız 1310 nəfəri İran vətəndaşıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR