Bank Of Baku

Omanda hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var

Omanda hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var
# 25 dekabr 2017 23:58 (UTC +04:00)

Omanda “NH-90” hərbi helikopteri qəzaya uğrayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimal bölgəsində, Hərbi-Hava Qüvvələrinə məxsus bazada baş verib.

 

Təlim uçuşu həyata keçirən helikopter ilk cəhddə eniş edə bilməyib, ikinci cəhddə isə yerə çırpılıb. Hadisə nəticəsində bir hərbçi ölüb, daha ikisi yaralanıb. Yaralıların həyatlarına təhlükə olmadığı bildirilir.

 

Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR