Bank Of Baku

Çin və Rusiya beynəlxalq münasibətlərin yeni modeli üzərində işləyir

Çin və Rusiya beynəlxalq münasibətlərin yeni modeli üzərində işləyir
# 04 yanvar 2016 15:21 (UTC +04:00)

Bakı - APA. Çin Rusiya ilə birlikdə beynəlxalq münasibətlərin yeni modelinin yaradılması üzərində işləyir.

 

APA-nın “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin bildirib ki, məqsəd dünyada sabitliyi bərqərar etməkdir.

 

Çinlə Rusiya regional və dünyada sülhün dəstəklənməsinə istiqamətlənmiş, beynəlxalq münasibətlərdə inkişafı və qarşılıqlı əməkdaşlığa əsaslanan yeni inkişaf modeli üzərində çalışacaq.

 

X. Çunin Rusiyanın yeni milli təhlükəsizlik strategiyasını Çin tərəfindən yüksək qiymətləndirdiyini, bu strategiyanın iki ölkə arasında münasibətlərin müsbət xarakterini təsdiqlədiyini qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR