Bank Of Baku

Pakistan ballistik raketi sınaqdan keçirib

Pakistan ballistik raketi sınaqdan keçirib
# 15 fevral 2013 17:48 (UTC +04:00)

Bakı-APA. Pakistan hərbçiləri strateji qüvvələrinin hazırlığını yoxlamaq məqsədilə Hatf-II ballistik raketini sınaqdan keçiriblər. APA-nın «İnterfaks»a istinadən verdiyi məlumata görə, bu raket 180 kilometr hərəkət radiusu 180 kilometrdir.

 

Pakistan müdafiə nazirliyindən verilən məlumata görə, Hatf-II raketi həm adi, həm də nüvə başlığını daşıya bilər və yüksək manevr imkanlarına görə düşmənin taktiki raket əleyhinə müdafiəsini yarmaq qabiliyyətinə malikdir.

 

Fevralın 11-də Pakistan 60 kilometr hərəkət radiusu olan Hatf-IX raketini sınaqdan keçirib. Bu raket də nüvə başlığı daşıya bilər və düşmənin taktiki raket əleyhinə müdafiəsini yarmaq qabiliyyətinə malikdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR