Pakistan hökuməti Fətullah Gülənin tərəfdarlarına məxsus təhsil müəssisələrində tədris keçən müəllimlərdən ölkəni tərk etməyi tələb edib.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan DİN rəhbəri Çoudri Nisar Əli Xan yerli telekanallardan birinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hökumət ölkədə FETÖ-yə məxsus 23 məktəbdə çalışan 108 müəllimin ailələri ilə birlikdə noyabrın 20-dək Pakistanı tərk etmələrini tələb edib. Ümumilikdə ölkədən 400 nəfərin çıxarılacağını bildirib.
FETÖ-yə məxsus məktəblər "PakTurk" adı altında fəaliyyət göstərir.