Bakı-APA. Pakistanda öskürəyə qarşı sirop içmiş 19 nəfər zəhərlənərək ölüb. Bu barədə APA Sinxua agentliyinə istinadən məlumat verir.
Hadisə Pakistanın şərqindəki Qucranaval şəhərində baş verib. Ölənlərdən əlavə onlarla insan zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Həkimlər siropun tərkibində orqanizm üçün təhlükəli olan zəhərli əlavələrin aşkarlandığını bildiriblər.