APA-nın məlumatına görə, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Hücum Safura Qot rayonunda baş verib. Naməlum silahlılar ismaililərə məxsus xeyriyyə təşkilatı olan “Əl-Əzhar Trast”ın avtobusunu atəşə tutublar.
Ölənlər arasında 16 qadının olduğu deyilir. Onlarla şəxs yaralanıb, onlardan 20-sinin vəziyyəti ağırdır. Yaralılar xəstəxanalara çatdırılıb.
İsmaililər - şiə təriqətinin qollarından biridir. Bu məzhəbin tərəfdarları Pakistanın şimalında və Tacikistanda yaşayırlar.