APA-nın məlumatına görə, ən azı 30 nəfər ölüb, xeyli yaralının olduğu bildirilir.
ABŞ Geologiya Xidmətinin məlumatına görə, zəlzələnin maqnitudası 7,7 olub. Episentri Bəlucistan əyalətinə, Avaran şəhərindən 66 km şimal-şərqə düşən yeraltı təkan 20 km dərinlikdə baş verib.
Zəlzələdən sonra dörd afterşok qeydə alınıb.