Bank Of Baku

Pakistanda kilsəyə hücum nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb - YENİLƏNİB

Pakistanda kilsəyə hücum nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 17 dekabr 2017 11:52 (UTC +04:00)

Bu gün Pakistanın Bəlucistan əyalətindəki Kvetta şəhərində silahlıların kilsəyə hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 16 nəfər yaralanıb.

 

APA-nın məlumatına görə, bu barədə "Dawn" qəzeti Bəlucistan daxili işlər naziri Sarfaraza Buttiyə istinadən məlumat yayıb.

 

Hücum zamanı kilsədə 400 nəfər olub. 

 

***

 

saat 12.48

 

Bu gün Pakistanın Bəlucistan əyalətindəki Kvetta şəhərində silahlılar kilsəyə hücum edib, ən azı 5 nəfər ölüb.

 

APA-nın məlumatına görə, bu barədə "Dawn" qəzeti Bəlucistan daxili işlər naziri Sarfaraza Buttiyə istinadən məlumat yayıb.

 

Kilsəyə 4 silahlı hücum edib. Bir terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu kilsənin içərisində işə salıb. Təhlükəsizlik qüvvələri digər terrorçu-kamikadzeni kilsənin qapısı yaxınlığında məhv edib. Digər iki silahlı qaçıb. Terrorçuların axtarışları davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR