Bank Of Baku

Pakistanda məktəbə silahlı hücum edilib, ölənlər var

Pakistanda məktəbə silahlı hücum edilib, ölənlər var
# 07 may 2015 00:29 (UTC +04:00)

Bakı-APA. Pakistanın şimal-qərb hissəsində iki terrorçu-kamikadzenin məktəbə hücum etməsi nəticəsində 2 nəfər ölüb.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, insident Pişəvar şəhəri yaxınlığındakı yaşayış məntəqəsində, futbol yarışması zamanı baş verib.

 

Terrorçu-kamikadzelər futbol meydançasına girərək üzərilərinə bağladıqları partlayıcı maddəni işə salıblar.

 

Qeyd edək ki, ötən il Pişəvarda 140 məktəbli terrorçuların qurbanı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR