Bakı-APA. Pakistanın Peşəvər vilayətində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla ən azı 13 nəfər ölüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, sərnişinlərlə dolu avtobus ensiz dağ yolunda dönmə hərəkəti həyata keçirərkən dərəyə yuvarlanıb. On nəfərədək insan itkin düşmüş hesab olunur.
Məlumata görə, avtobusdakı sərnişinlər toya gedirmiş və ölənlərin hamısı gəlinin qohumları olub.
Polisin versiyasına görə, qəzaya səbəb yüksək sürət olub.