Bakı. Rüfət Əhmədzadə - APA. Pakistanda 40 nəfərdən ibarət silahlı qrup nəzarət-buraxılış məntəqəsinə hücum edərək 7 hərbçini qətlə yetirib.
APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Bəlucistan əyalətinin Loralay mahalında baş verib.
Rəsmi dairələrdən bildiriblər ki, qarşıdurma zamanı basqınçıların əksəriyyəti yaralanıb. Onlar saxlanılıb.
Hücumla bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Xatırladaq ki, ötən həftə Bəlucistan əyalətində separatçılara qarşı əməliyyat keçirilib. Nəticədə 8 silahlı öldürülmüş, 15 nəfər saxlanılıb.