Bank Of Baku

Pakistanda terrorçular məscidə hücum ediblər: 22 nəfər ölüb, 60 nəfər yaralanıb

Pakistanda terrorçular məscidə hücum ediblər: 22 nəfər ölüb, 60 nəfər yaralanıb
# 13 fevral 2015 15:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Pakistanın Pişəvər şəhərindəki məscidlərdən birində partlayışlar baş verib.

 

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, naməlum silahlı şəxslər məscidə gələn insanlara atəş açıblar.

 

Hadisə cümə namazı zamanı baş verib.

 

Ardıcıl baş verən 3 partlayış nəticəsində 22 nəfər ölüb, 60 nəfər yaralanıb. Hadisə yerinə dərhal polis və tibb işçiləri gəliblər. Xəsarət alanlara ilkin yardım göstərilib.

 

“Taliban” qruplaşmasının “Təhrik-i-Taliban Pakistan” qanadı terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR