Bank Of Baku

Pakistanın şimal-qərbində ekstremistlər dünyəvi məktəbi partladıblar

Pakistanın şimal-qərbində ekstremistlər dünyəvi məktəbi partladıblar
# 13 aprel 2013 20:55 (UTC +04:00)

Bakı-APA. Pakistanın şimal-qərbində, Əfqanıstanla həmsərhəd olan Xayber rayonunda islamçı ekstremistlər oğlanlar üçün dünyəvi məktəbi partladıblar. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, pakistanlı taliblərin “Təhriki taliban Pakistan” hərəkatının üzvləri təhsil müəssisəsinin divarları altına onlarla kiloqram partladıcı qoyaraq yerli sakinlərə binanı tərk etmək əmri veriblər. Bundan sonra silahlılar məktəb binasını partladıblar, insident nəticəsində xəsarət alan yoxdur.  

 

Pakistanın şimal-qərbində yerləşən “tayfalar zonasında” radikal islamçılar dünyəvi təhsilə qarşı amansız mübarizə aparır. Məktəbləri partlatmaq onların daha çox istifadə etdikləri üsuldur. Təkcə Xayber rayonunda onlar son 3 il ərzində 70-dək ümumtəhsil məktəbi partladıblar. Analoji vəziyyət “tayfalar zonası”nın digər rayonlarında da müşahidə olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR