Papua-Yeni Qvineya sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yeraltı təkanların episentri Kimbe şəhərindən 74 km şərqdə, ocağı 100 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.