Bakı-APA. 2020-ci ildə Çinin Ümumi Daxili Məhsulu 100 trilyon yuan (16,2 trilyon dollar) olacaq. Bu barədə Çin Kommunist partiyası Mərkəzi Komitəsi yanında mərkəzi maliyyə-iqtisadi qrupunun nümayəndəsi Yan Veymin məlumat verib.
«2020-ci ildə adambaşına düşən ÜDM 10 min dolları keçəcək, bu isə 2011-ci ilin göstəricisindən 2 dəfə çoxdur», deyə o bildirib.
Yan Veymin qeyd edib ki, əhalinin gəlirlərinin iki dəfə artırılması barədə planlar növbəti 9 il ərzində Çinin şəhər əhalisinin faktiki gəlirlərinin ildə 7%, kənd əhalisinin isə 6,7% artacağı halında həyata keçə bilər.