Bank Of Baku

Pentaqon: “İranın ələ keçirdiyi pilotsuz təyyarə ABŞ istehsalı olan bir “ScanEagle”yə bənzəyir”

Pentaqon: “İranın ələ keçirdiyi pilotsuz təyyarə ABŞ istehsalı olan bir “ScanEagle”yə bənzəyir”
# 07 dekabr 2012 13:14 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. Pentaqon İranın ələ keçirdiyi ABŞ-a məxsus “ScanEagle” pilotsuz təyyarə ilə bağlı verdiyi açıqlamada dəyişiklik edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Corc Litl məsələyə nisbətən fərqli münasibət bildirib. O deyib ki, İranın ələ keçirdiyi pilotsuz təyyarə ABŞ istehsalı olan bir “ScanEagle”yə bənzəyir.

 

Qeyd edək ki, “Sepah” komandanı, admiral Əli Fədəvi ABŞ-a məxsus yeni pilotsuz təyyarənin ələ keçirildiyi ilə bağlı açıqlama verib. Lakin ABŞ Hərbi-Dəniz Qüvvələrinin 5-ci donanması bu xəbəri təkzib edərək bildirib ki, Pentaqon  Fars körfəzində son zamanlar heç bir pilotsuz təyyarəsini itirməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR