Bank Of Baku

Pentaqon: koalisiya bir ay ərzində İraqda terrorçuların 10 liderini məhv edib

Pentaqon: koalisiya bir ay ərzində İraqda terrorçuların 10 liderini məhv edib
# 29 dekabr 2015 23:22 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın rəhbərlik etdiyi koalisiya bir ay ərzində İraqda terrorçuların 10 liderini məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi polkovnik Stiven Uorren bildirib.

 

Stiven Uorrenin sözlərinə görə, dekabrın 26-da Mosulda aviazərbələr nəticəsində Parisdəki terror aktları ilə əlaqəsi olan terrorçu Əbdül Kader Hakim məhv edilib.    

 

Onun sözlərinə görə, Parisdəki terror aktları ilə əlaqəsi olan daha bir neçə  silahlı məhv edilib: “Digər terrorçular Qərb ölkələrinə əlavə hücumlar törətməyi planlaşdırıblar”.  

 

Pentaqonun rəsmi nümayəndəsi işin hələ bitməsini etiraf  edib: “Biz hələ ki ilanın başını əzməmişik, bizi hələ çox işlər gözləyir”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR