Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə əməliyyat yaxın həftələrdə başlayacaq.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə nazirliyinin sözçüsü Piter Kuk bəyan edib.
“Rakka əməliyyatı yaxın həftələrdə başlayacaq. Düşünürük ki, artıq bunun vaxtı gəlib çatıb. Bu elədə asan bir məsələ olmayacaq. İlk əvvəl şəhər blokadaya alınmalı, sonra isə növbəti mərhələyə, şəhərin terrorçulardan təmizlənməsi mərhələsinə keçiləcək”, deyə P.Kuk. O, əməliyyatın başlanmasının dəqiq tarixini açıqlamayıb.
Qeyd edək ki, İŞİD-in paytaxt elan etdiyi Rakka şəhəri Suriyanın şimalında Fərat çayının sahilində yerləşir. Şəhər terrorçular tərəfindən 2013-cü ildə tutulub.