Bank Of Baku

Bakı–Sumqayıt şosesində avtomobilin yanması səbəbindən sıxlıq yaranıb

Bakı–Sumqayıt şosesində avtomobilin yanması səbəbindən sıxlıq yaranıb
# 07 iyul 2026 20:33 (UTC +04:00)

Bakının Binəqədi rayonunda, Bakı–Sumqayıt şosesində avtomobillərdən birində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, hadisə "Şamaxinka" tunelindən çıxış hissəsində qeydə alınıb.

Yanğın səbəbindən həm "Xırdalan" dairəsi, həm də metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR