Bank Of Baku

Peşmərgə komandanı: “Kobani bir neçə gün içində “İŞİD”dən tam təmizlənəcək”

Peşmərgə komandanı: “Kobani bir neçə gün içində “İŞİD”dən tam təmizlənəcək”
# 05 yanvar 2015 15:45 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Kobanidə döyüşən iraqlı kürd peşmərgə qüvvələrinin komandanı Şövkət Mizuri şəhərin 90 faizini “İslam Dövləti” (İŞİD) qruplaşmasından azad etdiklərini bildirib. APA-nın “Vatan” qəzetinin saytına istinadən verdiyi məlumata görə, yerli kürd qruplaşması YPG və peşmərgə qüvvələri tərəfindən bu gün İzaa məhəlləsinin də təmizləndiyini deyib. O qeyd edib ki, şəhərin çox az hissəsi “İŞİD”in əlində qalıb, həmin ərazilər də bir neçə gün içində azad ediləcək.

 

Xatırladaq ki, Kobanidə artıq 4 aydır “İŞİD” və kürd silahlı birləşmələri arasında döyüşlər gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR