Bank Of Baku

Pilotun edam olunması İordaniyada kütləvi iğtişaşlara səbəb olub

Pilotun edam olunması İordaniyada kütləvi iğtişaşlara səbəb olub
# 04 fevral 2015 02:51 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Skynews Arabia telekanalı məlumat yayıb. Əl-Karak yaşayış məntəqəsində girovun dəmir qəfəsdə yandırılmasını əks etdirən video əhalinin böyük  hiddətinə səbəb olub.   

 

Etirazçılar ölkənin digər şəhərlərində də küçələrə axışıb. Belə ki, Ey şəhərində etirazçılar polis məntəqəsini, Əl-Mazar şəhərində isə bir neçə inzibati bina yandırıb.   

 

Qeyd edək ki, İordaniya hökuməti bundan əvvəl İŞİD silahlılarının iordaniyalı pilot Muaz əl Kasasbehi edam etməsinə cavab olaraq yaxın saatlarda İŞİD-lə əlaqəli olan 6 terrorçunu edam edəcəyini açıqlayıb. Edam ediləcək şəxslər arasında İŞİD-in bir müddət əvvəl girovla dəyişməyi tələb etdiyi Səcidə ər Rişauyinin də olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR