Bank Of Baku

PKK rəhbərləri arasında ciddi narazılıq yaranıb

PKK rəhbərləri arasında ciddi narazılıq yaranıb
# 21 may 2016 12:58 (UTC +04:00)

Bakı - APA. PKK terror təşkilatının başçıları Cəmil Bayık və Murat Karayılan arasında gərginlik yaranıb.

 

APA-nın “Hürriyyet”ə istinadən verdiyi məlumata görə, gərginlik vilayət və mahallarda atışmaların davam etdirilməsi məsələsində yaranmış fikir ayrılığı ilə bağlı baş qaldırıb.

 

Hərbi mənbələrin verdiyi məlumata əsasən, PKK-nın Türkiyənin Hakkari vilayətinin Yüksəkova bölgəsində əməliyyat üçün bütün hazırlıqlar aparmasına baxmayaraq, əməliyyatın uğursuzluqla nəticələnməsinin səbəbinin Cəmil Bayık və adamlarının qorxaqlığı olduğu barədə təşkilat daxılındə söz-söhbət yayılıb.

 

Xüsusilə əməliyyat zamanı Cəmil Bayıkın yaxın adamı "Yılmaz Kürdo" ləqəbli Yusuf Sayutun qaçmasının vəziyyəti daha da gərginləşdirdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR