Bank Of Baku

Prezident Mahmud Əhmədinejad və İran parlamentinin üzvləri ayətullah Xamneyiyə sadiq olduqlarını bəyan ediblər

Prezident Mahmud Əhmədinejad və İran parlamentinin üzvləri ayətullah Xamneyiyə sadiq olduqlarını bəyan ediblər
# 18 fevral 2013 07:38 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın ali dini lideri prezidentlə parlamentin sədri Əli Laricani arasında baş verən qarşıdurma ilə əlaqədar tənqidi fikirlərini söylədikdən sonra Mahmud Əhmədinejaddan məktub alıb. APA-nın “Radio Farda”ya istinadən verdiyi məlumata görə, M. Əhmədinejad məktubunda ali dini liderə bağlı olduğunu bildirib: “Biz 10-cu hökumət olaraq, ölkəmizin zərərinə ən kiçik addım belə atmayacağıq. Mən və həmkarlarım hakimiyyətimizin son günlərinədək islam inqilabının dəyərlərinə bağlı qalacağıq və hər zaman ölkəmizə, millətimizə xidmət etməyə hazırıq. Bizim bütün fəaliyyətimiz ölkənin inkişafına və problemlərin həllinə yönəlib.  Mən və hökumətim sizə ürəkdən bağlıyıq və dini liderimizə daimi, sonsuz sayğımız var”.

 

M. Əhmədinejad məktubunda Ə. Laricani ilə arasında baş verənlərdən söz açmayıb.

 

Qeyd edək ki, ayətullah Xamneyi fevralın 16-da  prezidentlə parlamentin sədri arasındakı qarşıdurmanı pisləyib. O, təəssüflə bildirib ki, bir orqanın rəhbərinin əlində rəsmi dəlil-sübut olmadan parlament və məhkəmə rəhbərlərini ittiham etməsi çox pis və əxlaqa zidd hərəkətdir.

 

İran parlamentinin 265 üzvü isə qalmaqalla əlaqədar ayətullah Əli Xamneyidən üzr istəyib. Onların imzaladığı bəyanatda deyilir: “İranın ali dini lideri ayətullah Əli Xamneyinin əbədi, tarixi və ilhamverici bəyanatları ölkənin xarici və daxili siyasətinin yol xəritəsini müəyyən edir. İran parlamentinin deputatları olaraq Allahın köməyi ilə səbrli olacağımıza söz veririk. Ayətullah Xamneyinin göstərişləri əsasında addımlar atmışıq və bundan sonra da atacağıq. Dini liderə itaət etməyi şəriət və  qanun baxımından vacib hesab edirik”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR