Bank Of Baku

Putin: “Suriyada BMT karvanına kimin zərbə endirdiyini bilirik”

Putin: “Suriyada BMT karvanına kimin zərbə endirdiyini bilirik”
# 12 oktyabr 2016 15:22 (UTC +04:00)

Moskva.Fərid Əkbərov – APA. “Rusiya Suriyada BMT-nin humanitar karvanına kim tərəfindən zərbə endirildiyini bilir”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” Forumunun plenar iclasında çıxışında bildirib.
 

“Rusiya bilir ki, Hələb yaxınlığında BMT-nin humanitar karvanına terrorçu təşkilatlardan biri zərbə endirib. Biz nələrin baş verdiyini bilirik. Bilirik ki, ABŞ da bu barədə bilir, lakin başqa mövqe tutur, Rusiyanı günahlandırır. Bu, işə kömək etməyəcək”, - deyə Putin vurğulayıb.
 

Qeyd edək ki, ötən ayın sonunda Suriyanın Hələb şəhəri yaxınlığında BMT-nin humanitar yük karvanı atəşə tutulub. Bu hadisədən sonra ABŞ Rusiya ilə Suriya münaqişəsi üzrə danışıqlar prosesini dayandırıb. ABŞ humanitar yük karvanının bombalanmasında Moskvanı günahlandırıb. Moskva isə yük karvanının terrorçular tərəfindən bombalandığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR