Bank Of Baku

Qazaxıstanda məktəbdə naməlum maddədən zəhərlənmiş 80-dən çox şagird xəstəxanaya yerləşdirilib

Qazaxıstanda məktəbdə naməlum maddədən zəhərlənmiş 80-dən çox şagird xəstəxanaya yerləşdirilib
# 16 aprel 2015 19:23 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanın  Qızılorda şəhərində  81 məktəbli naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Qızılorda şəhər prokurorluğunun məlumatında bildirilir.   

   

Məlumata görə, zəhərlənmə simptomları aşkarlandıqdan dərhal sonra məktəblilər tibbi müəssisələrə aparılıb. Naməlum maddədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya, ümumilikdə,  81 şagird yerləşdirilib.

 

Yoxlama zamanı heç bir zəhərli maddə, yaxud qaz sızması aşkar olunmayıb. Hadisə ilə əlaqədar “xuliqanlıq” maddəsi üzrə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub. İstintaq prokurorluğun xüsusi nəzarətinə götürülüb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR