Bank Of Baku

Qətər İrandakı səfirini geri çağırıb

Qətər İrandakı səfirini geri çağırıb
# 06 yanvar 2016 19:20 (UTC +04:00)

Bakı-APA. Qətər hökuməti İrandakı səfirini geri çağırıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb Səudiyyə Ərəbistanının İrandakı diplomatik missiyalarına hücum olub.

 

Bundan əvvəl Səudiyyə Ərəbistanı, Bəhreyn və Cibuti rəsmi Tehranla diplomatik əlaqələrini kəsdiklərini bəyan ediblər.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında aralarında şiə din xadimi Nimr ən-Nimrin olduğu 47 nəfəri edam olunub. Din xadiminin edamı İranda kütləvi etirazlara səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR