Qəzza zolağında terrorçu-kamikadze özünü partladıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Misir sərhədi yaxınlığında qeydə alınıb.
İnsident nəticəsində 1 polis əməkdaşı ölüb, 5-i yaralanıb.
Məlumata əsasən, Qəzza polisi iki şübhəli şəxsin sənədlərini yoxlamağa cəhd edərkən, onlardan biri üzərindəki partlayıcı qurğunu işə salıb. Hücumun İŞİD tərəfindən təşkil edildiyi ehtimal olunur.