Bank Of Baku

Ramin Mehmanpərəst: ““Patriot” raketlərinin idarəetməsi Türkiyənin deyil, NATO-nun əlində olacaq”

Ramin Mehmanpərəst: ““Patriot” raketlərinin idarəetməsi Türkiyənin deyil, NATO-nun əlində olacaq”
# 29 dekabr 2012 10:40 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst İranın İstanbuldakı Baş Konsulluğunda mətbuat konfransı keçirib.

 

APA-nın məlumatına görə, R. Mehmanpərəst bildirib ki, hazırda Orta Şərqdə vəziyyət çox həssasdır: “Ona görə də İranla Türkiyə və digər ölkələr arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi, müzakirələrin aparılması lazımdır. İranla Türkiyə arasında əməkdaşlıq daha çox sabitlik qazanılması baxımından vacibdir. Tarix, mədəniyyət sahəsində ortaq dəyərlərə sahibik. Bir çox siyasi və beynəlxalq məsələlərdə yüksək çinli məmurlarımızın mövqeləri eynidir. Düzdür, bəzi mövzularda iki ölkə rəsmiləri arasında fikir ayrılığı ola bilər. Bu da təbiidir. Bütün ölkələrin bütün mövzularda eyni fikirlərə sahib olması mümkün deyil”.

 

Onun sözlərinə görə, Türkiyə və İran arasındakı iqtisadi əlaqələr gündən-günə böyüyür: “İran və Türkiyə arasındakı əlaqələr strateji xarakter daşıyır. 2011-ci ildə iki ölkə arasında ticarətin həcmi 16 milyard dollar olub. 2012-ci ildə bu ticari əməkdaşlıq 21 milyard dolları keçib. 2015-cü ildə bu rəqəmin 30 milyard dollara çatdırılması nəzərdə tutulur.”

 

R. Mehmanpərəst Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin İranın PKK terror təşkilatını dəstəkləməsi ilə bağlı səsləndirdiyi fikirləri təkzib edib: “Bu xəbərlərin qaynağı nədir? İki ölkənin kəşfiyyat orqanları sıx əməkdaşlıq edirlər. Bu baxımdan Türkiyə Daxili İşlər Nazirliyi necə belə bir açıqlama ilə çıxış edə bilər? Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Türkiyə daxili işlər nazirinin bəyanatı doğru deyil. Bizim PKK-ya qarşı mövqeyimiz aydındır. Bizim ölkəmiz zamanında terrorizmin ən böyük qurbanı olub”.

 

İran rəsmisi NATO-nun Türkiyə-Suriya sərhədinə yerləşdirəcəyi “Patriot” raketlərinin  narahatçılığa səbəb olduğunu da söyləyib: “İrana hərbi müdaxilə edilməsi üçün təşviqlər var. İsrail və ABŞ rəsmiləri hərbi müdaxilə variantının masada olduğunu deyirlər. İran hərbi rəhbərliyi də bütün ehtimalları göz önünə alırlar. İsrail və ya Qərb ölkələri İrana hücum etsə və Tehran buna cavab vermək istəsə, bu raketlərlə cavabımıza mane olmaq istəyirlər. Bu raketlərin yerləşdirilməsinin əsl məqsədi İsraili qorumaqdır. Nəzarət mexanizmi Türkiyənin deyil, NATO-nun əlində olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR