Bank Of Baku

Ramin Mehmanpərəst: “Altılıq” ölkələri İranı təslim olmağa məcbur edə bilməyəcəyini anladı”

Ramin Mehmanpərəst: “Altılıq” ölkələri İranı təslim olmağa məcbur edə bilməyəcəyini anladı”
# 18 mart 2013 08:06 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Altılıq” ölkələri müzakirəyə paralel olaraq təzyiq siyasəti yürütməyin İran xalqını təslim olmağa və haqlarından vəz keçməyə məcbur edə bilməyəcəyini anladı”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib.

 

Onun sözlərinə görə, “altılıq” ölkələrinin bu vəziyyətin əməkdaşlıq üçün uyğun mühit meydana gətirməyəcəyini başa düşməsi nəticəsində müzakirələr üçün əlverişli zəmin yaranıb: “Altılıq” ölkələrinin Almatıda irəli sürdüyü tələblər İranın nüvə fəaliyyətləri ilə bağlı ziddiyyət təşkil etmədi. Lakin daha uzun bir yolun qət edilməsi lazımdır. Amma yenə də məntiqli atılan bu addım qiymətlidir”.

 

R.Mehmanpərəst deyib ki, ABŞ rəsmilərinin İran xalqı ilə düşmənçiliyin istiqamətini dəyişdirəcək və ya təzyiqləri yüngülləşdirəcək hər cür addımı, İran xalqının haqlarına hörmət etməsi atmosferin müsbət olmasına təsir göstərəcək: “Dünya ictimaiyyəti də ABŞ-ın İrana qarşı mövqeyində dəyişiklik gözləyir”.

 

İran XİN sözçüsü Qərbin İrana qarşı sanksiyalarını qeyri-qanuni, qeyri-insani və məntiqsizlik kimi xarakterizə edib: “Qərb dövlətlərinin iddialarının əksinə olaraq, sanksiyaların İran xalqını hədəfə aldığı ortaya çıxdı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR