Bank Of Baku

Ramin Mehmanpərəst: “İran nüvə haqqını sonadək müdafiə edəcək”

Ramin Mehmanpərəst: “İran nüvə haqqını sonadək müdafiə  edəcək”
# 01 aprel 2013 10:38 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İran “altılıq” ölkələri ilə Qazaxıstanda keçiriləcək növbəti görüşdə  nüvə haqqını sonadək müdafiə  edəcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib.

 

O bildirib ki, İran və “altılıq” ölkələri arasında Almatıda keçirilən öncəki görüşdə müzakirələr məntiqli şəkildə həyata keçirilib: “Nüvə müzakirələrinin davam etməsi üçün tərəflər arasında razılıq əldə edilib. Tehranın nüvə fəaliyyəti tam sülh məqsədlidir və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında həyata keçirilir. İranın ən böyük hədəfi nüvə haqlarına hörmət edilməsi və rəsmi şəkildə tanınmasıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR