Bakı. Könül Cəfərli - APA. “Qərb ölkələri prezident seçkilərindən sonra qeyri-stabil İran görmək istəyirlər”. APA-nın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib.
O bildirib ki, qarşıdan gələn seçkilər İran üçün çox önəmlidir: “Şəffaf seçkilər ölkəmizi daha da güclü və təhlükəsiz edəcək. Nüvə müzakirələrində tərəflər arasında razılaşmanın əldə edilməsi məsələnin həllinə kömək edəcək. Biz nüvə proqramı ilə bağlı danışıqlara hazırıq. Lakin nüvə haqqımız müzakirələr çərçivəsində tamamilə tanınmalıdır. Qarşı tərəf qızıl ticarətinə qarşılıq olaraq bizim haqqımızı əlimizdən almaq istəyir. Halbuki İran hüquqlarının rəsmi şəkildə tamamilə tanınacağı məntiqli yanaşmanın tərəfdarıdır”.
Qeyd edək ki, “Reuters” “altılıq” ölkələrinin bəzi sanksiyaların azaldılmasına qarşılıq olaraq Tehrandan “Fordo” nüvə zavodunun bağlanmasını istəyəcəyini yazıb.