Bank Of Baku

Rusiya Silahlı Qüvvələri Baş Qərargahı: “Suriyada baş verənləri peykdən izləyirik”

Rusiya Silahlı Qüvvələri Baş Qərargahı: “Suriyada baş verənləri peykdən izləyirik”
# 28 avqust 2013 14:15 (UTC +04:00)

APA-nın Moskva müxbiri xəbər verir ki, Baş Qərargahdan verilən məlumatda Suriyada münaqişələr başlayandan bu günə qədər bütün baş verənlər dəyərləndirilib: “Bölgədə baş verənləri və münaqişə tərəflərini izləmək lazımdır. Bunun üçün peyklərimizdən, Aralıq dənizində olan hərbi gəmilərimizdən və digər qaynaqlardan istifadə edirik. Əldə daha çox məlumat edib bunu Rusiyanın mənafeləri istiqamətində istifadə etmək istəyirik. Ehtimal olunan hücum zamanı tərəflərin taktikalarını diqqətli şəkildə analiz edirik. Gələcək üçün bunlardan nəticə çıxarırıq”.

 

Qeyd edək ki, mətbuatın yazdığına görə, ABŞ-ın “Tomahavk” raketləri ilə silahlanmış USS Barry, USS Gravely, USS Mahan və USS Ramage hərbi gəmiləri Aralıq dənizində hazırlıq vəziyyətinə gətirilib. Hər bir gəmidə 1600 kilometr uzaqlıqda hədəfi vuran 56 raket var.

 

Bundan başqa hər birində 154 ədəd idarə olunan raket olan Ohio tipli “Georgia” və “Florida” sualtı gəmilərinin də Aralıq dənizində hazırlıq vəziyyətinə gətirildiyi bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR