Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib
# 28 avqust 2013 22:11 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə Suriyadakı vəziyyəti müzakirə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Rusiya və İran prezidentləri arasındakı telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Danışıqlar zamanı Putin və Ruhani kimyəvi silahın tətbiqini yolverilməz olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR