Bakı-APA. Lozannada İranın nüvə proqramına dair əldə edilən razılaşmalar regionda təhlükəsizliyə müsbət təsir göstərəcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər nazirliyinin bəyanatında belə deyilir.
“Şübhəsiz ki, əldə edilən razılaşmalar Yaxın Şərq regionunda təhlükəsizlik sahəsində ümumi vəziyyətə müsbət təsir göstərəcək. Bununla belə, İran regionda bir sıra problem və münaqişələrin nizamlanmasında daha fəal iştirak edə biləcək. Lozanna razılaşmaları bir daha sübut etdi ki, siyasi-diplomatik yolla ən mürəkkəb məsələləri həll etmək mümkündür”, bəyanatda deyilir.