Bank Of Baku

Rusiyanın hərbi təlimləri Yaponiyanı hərəkətə gətirib

Rusiyanın hərbi təlimləri Yaponiyanı hərəkətə gətirib
# 15 iyul 2013 19:26 (UTC +04:00)

Bakı-APA. Bu gün Yaponiya Hərbi-Hava Qüvvələrinə məxsus qırıcılar havaya qaldırılıb. NHK telekanalının yaydığı məlumata görə, buna səbəb Rusiya hərbi təyyarələrinin Yaponiyanın hava məkanı, habelə Kuril adalarının yaxınlığında uçuş həyata keçirməsi olub.

 

Kuril adalarından dördü Yaponiya ilə Rusiya arasında ərazi mübahisəsinin predmetidir.

 

Yaponiya müdafiə nazirliyinin nümayəndələri bəyan edib ki, iki Tu-95 təyyarəsi Koreya yarımadasından uçaraq Yapon dənizi üzərindən keçiblər. Onların uçuş trayektoriyası Xokkaydo adasından şimal istiqamətində olub. Rusiyaya məxsus digər təyyarə - İl-20 isə Kuril adaları üzərində uçuş edib. Yaponiya müdafiə nazirliyinin rəsmiləri qeyd edib ki, Rusiya təyyarələri Yaponiyanın hava məkanını pozmayıb.

 

İyulun 13-də gecə saatlarında Rusiya Şərqi hərbi dairəsində gözlənilmədən yoxlama başlayıb. Yoxlamada 160 mindən çox hərbçi, minə yaxın tank və zirehli maşın, 130 təyyarə və helikopter, habelə Hərbi-Dəniz Donanmasının 70-dək gəmisi iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR