Bank Of Baku

Sakit okeanda göyərtəsində 50 nəfərin olduğu bərənin axtarışı aparılır

Sakit okeanda göyərtəsində 50 nəfərin olduğu bərənin axtarışı aparılır
# 27 yanvar 2018 04:39 (UTC +04:00)

Yeni Zelandiya və Kiribati Respublikasının xilasedici qüvvələri Sakit okeanda yoxa çıxan, göyərtəsində 50 nəfərin olduğu bərənin axtarışını aparır.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yanvarın 18-də Nonouti adasından çıxan bərə iki gün sonra Kiribatinin paytaxtı Tarava şəhərinə çatmalı idi.

 

Yanvarın 20-də yerli hökuməti tərəfindən başlanılan axtarış-xilasetmə əməliyyatına bu həftə Yeni Zelandiyanın Xilasetmə Xidməti qoşulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR