Bank Of Baku

Senator Lindsi Qrem: “Tramp Şimali Koreya probleminin hərbi yolla həllinə hazırdır”

Senator Lindsi Qrem: “Tramp Şimali Koreya probleminin hərbi yolla həllinə hazırdır”
# 02 avqust 2017 01:46 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın nüvə proqramına dair məsələni hərbi yolla həll etməyə hazırdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə nüfuzlu amerikalı senator  Lindsi Qrem bildirib.

 

“Hərbi yolla həll variantı var – Şimali Koreyanın proqramını və KXDR-in özünü məhv etmək... Bu iş 20 il təxirə salınıb. Əgər onlar yeni qitələrarası ballistik raketlə Amerikanı vurmaq cəhdlərini davam etdirəcəklərsə, onda raket proqramına görə Şimali Koreya ilə müharibə olacaq”, - deyə L.Qrem NBC telekanalına müsahibəsində bildirib.  

 

“O bunları mənə deyib. Mən ona inanıram”, - deyə Qrem əlavə edib.

 

Senatorun sözlərinə görə, o dinc ssenarinin tərəfdarıdır, lakin ABŞ KXDR-ə nüvə silahı və onunla əlaqəli vasitələr əldə etməyə imkan verməyəcək.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR