Bank Of Baku

SEPAH-ın keçmiş komandanı prezidentliyə namizəd olacağını rəsmən elan edib

SEPAH-ın keçmiş komandanı prezidentliyə namizəd olacağını rəsmən elan edib
# 05 mart 2013 09:31 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. İran Məsləhət Şurasının katibi Möhsün Rzayi bu il iyunun 14-də ölkədə keçiriləcək XI prezident seçkilərində namizəd olacağını rəsmi şəkildə elan edib.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İranın Kürdüstan vilayətində səfərdə olan M.Rzayi Divandərə şəhərində əhalinin qarşısında çıxışında bildirib ki, namizədliyinin İran Konstitusiyasına Nəzarət Şurası (“Şura-ye Negahban”) təsdiqlənəcəyinə ümid edir.

 

İran Məsləhət Şurasının katibi qeyd edib ki, prezident seçiləcəyi təqdirdə, ölkə iqtisadiyyatının dirçəldilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün proqramlar hazırlayıb: “Biz əhalinin xərclərinin azaldılması və gəlirlərinin arırılması üçün proqramlar həyata keçirməliyik”.

 

Qeyd edək ki, M.Rzayi İranda 2009-cu ildə keçirilmiş və Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş mübahisəli prezident seçkilərində də iştirak edib. O, 2009-cu il prezident seçkilərinin İran Mərkəzi Seçki Komissiyası tərəfindən saxtalaşdırıldığını canlı yayımda elan edən üçüncü şəxsdir.

 

Ölkənin ən nüfuzlu dövlət xadimlərindən biri olan general M.Rzayi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ilk baş komandanı olub və 15 il bu quruma rəhbərlik edib. Daha sonra bir müddət İran Məsləhət Şurasının sədri vəzifəsini icra edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR