Bank Of Baku

Səudiyyə Ərəbistanı ərəb monarxiyalarını ittifaqda birləşməyə çağırıb

Səudiyyə Ərəbistanı ərəb monarxiyalarını ittifaqda birləşməyə çağırıb
# 25 dekabr 2012 01:15 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanın şahzadəsi Salman ben Abdel Əziz Əl Saud Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurasına (FKƏDƏŞ) daxil olan ölkələri gələn il Ər-Riyadda keçiriləcək sammitdə ittifaq yaratmağa çağırıb.

 

APA-nın “Əl-Ərəbiyyə” telekanalına istinadən verdiyi xəbərə görə, şahzadə Bəhreynin paytaxtı Manama şəhərində keçirilən FKƏDƏŞ sammitində çıxışı zamanı qeyd edib ki, “indiki mərhələdə baş verənlər bizim səylərimizə cavab vermir”.

 

Onun sözlərinə görə Fars körfəzi ərəb ölkələrinin İttifaqına keçid “bütün region əhalisinin rifahına xidmət edəcək”. Səudiyyə Ərəbistanın nümayəndəsi qeyd edib ki, altı monarxiyanın ümumi müdafiə və daxili təhlükəsizlik sistemlərinin yaradılması istiqamətində təşəbbüslər irəli sürülür.

 

Bəhreyn kralı Həməd ben İsa Əl Xəlifə isə qeyd edib ki, sammit iştirakçıları Fars körfəzi monarxiyaların əhalisinin təhlükəsizliyini təmin etmək üçün yollar axtarır.

 

Xatırladaq ki, FKƏDƏŞ-in ittifaq təşkilatına çevrilməsi təşəbbüsü ilə hələ keçən ilin dekabrında Səudiyyə Ərəbistan kralı Abdalla ben Abdel Əziz çıxış etmişdi. Onun fikrinə görə İttifaqın yaradılması monarxiyalara stabilliyi qorumağa və güclənmiş regional təhdidlərdən təhlükəsizliyi təmin etməyə kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR