Bank Of Baku

Səudiyyə Ərəbistanı Nimr əl-Nimrin edamını ədalətli qərar adlandırıb

Səudiyyə Ərəbistanı Nimr əl-Nimrin edamını ədalətli qərar adlandırıb
# 05 yanvar 2016 07:33 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. "Nimr əl-Nimr də daxil olmaqla, 47 məhkumun edam edilməsi hər hansı irqi və dini qərəzlə bağlı olmayan ədalətli qərardır".

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının BMT yanındakı daimi nümayəndəliyinin bəyanatında deyilir.

 

Səudiyyə diplomatları BMT baş katibi Pan Gi Munun bu məsələyə dair mövqeyindən dərin təəssüf hissi keçirdiklərini söyləyiblər.

 

Qeyd edək ki, BMT baş katibi Səudiyyə Ərəbistanında 47 məhkumun edam edilməsindən məyus olduğunu bildirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR