Bank Of Baku

Səudiyyə Ərəbistanında qadınlar avtomobil idarə etmək hüququ alıb

Səudiyyə Ərəbistanında qadınlar avtomobil idarə etmək hüququ alıb
# 24 iyun 2018 08:05 (UTC +04:00)

Bu gündən Səudiyyə Ərəbistanında qadınlar avtomobil idarə etmək hüququ alıb.

 

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, kral Salmanın qadınların avtomobil idarə etməsinə qoyulan qadağanın ləğvi barədə fərmanı iyunun 24-dən qüvvəyə minib.

 

Bu, şahzadə Məhəmməd ben Salmanın təşəbbüsü ilə 2016-cı ildə qəbul edilən "Vision 2030" proqramı çərçivəsində nəzərdə tutulan əsas addımlardan biridir. Proqramda əsas məqsəd Səudiyyə Ərəbistanının neftdən asılılığını aradan qaldırmaq, dünyanın ən müasir iqtisadiyyatlarından birinə çevrilməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR